Azericard
Araşdırma və inkişaf şöbəsi üzrə mütəxəssis
Son tarix 14 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Bazar araşdırması üzrə planlama: Azərikardın bazarına və inkişaf istiqamətinə uyğun olaraq araşdırma planının hazırlanması.
- Bazar araşdırması üzrə təhlil: daxili qaydalara, qəbul edilmiş təhlil alətlərinə və öz təcrübəsinə əsasən əldə edilmiş bazar məlumatlarını təhlil etmək və əsasında nəticələr çıxarmaq.
- Yeni məhsul və xidmətlər üzrə əsaslandırılmış təkliflərin irəli sürülməsi və cari məhsul və xidmətlər üzrə düzəlişlərin təklif edirlməsi.
- Qəbul edilmiş yenilik və inkişaf layihələri üzrə daxili qaydalar əsasında tətbiqetmə planı hazırlamaq və və tətbiqinə nəzarət etmək.
- Məhsul sahibləri ilə iş görmək və onları istiqamətləndirmək, həmçinin zəruri məlumatların araşdırılmasında dəstək göstərmək.
- Özünü və müvafiq daxili prosedur və qaydaları təkmilləşdirmək.
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – ana dili, İngilis dili – sərbəst, Rus dili arzuediləndir;
- İnnovativ yanaşma və araşdırma bacarıqlarına sahib olan entuziast, dinamik, məsuliyyətli, təşəbbüs göstərməyi və qərar verməyi bacaran, yüksək ünsiyyət bacarıqlarına sahib olması vacibdir;
- Startup-lar ilə iş təcrübəsinin olması vacibdir;
- Bank, Fintech sahəsində təcrübə arzuolunandır;
- Proqramlaşdırma layihələri ilə iş təcrübəsinin olması arzuolunandır;
- Agile metodologiyası üzrə layihə idarə etməsində təcrübəsinin və ya ən azından biliklərinin olması arzuolunandır;
Namizədlərdən CV-lərini “Araşdırma və inkişaf şöbəsi üzrə mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Operator call center
Son tarix 14 avq 2023 [email protected]
Tələblər:
- Ali təhsil;
- Azərbaycan, Rus və İngilis dillərini bilməsi mütləqdir;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
- Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı;
- Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
- Böyük həcmdə işlərə hazırlıq;
- Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
- Kompüter proqramların bilmə bacarığı;
- Növbə ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla).
Vəzifəsi:
- Daxil olan zənglərin qəbulu və emalı;
- Müştərilərə kartlarla əməliyyatlar üzrə və kart hesabların informasiyası və konsultasiyası ilə təmin edilməsi;
- Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
- Kart sahiblərindən olan sorğu və müraciətlərlə bağlı sənədləşdirilməsi;
- Müştəri sorğuların emalı;
- Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi ;
Namizədlərdən CV-i “Operator” mövzusu ilə göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.