Azerbaijan Airlines
İşə qəbul üzrə aparıcı mütəxəssis
Son tarix 05 apr 2024 - Müraciət et
Təsvir:
- Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
- Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
- CV-lərin nəzərdən keçirilməsi, namizədlərin seçilməsi, müsahibənin aparılması, namizədlərin bacarıqlarının qiymətləndirilməsi və uyğunluq əsasında tövsiyələrin verilməsi;
- İşə qəbul prosesinin müxtəlif mərhələlərində namizədlərlə müsahibələr aparılması (telefon müsahibələri, video müsahibələr və üz-üzə görüşlər);
- Ehtiyac olarsa, namizədlərin bacarıqlarının qiymətləndirilməsi üçün alət və testlərdən istifadə edilməsi;
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərilməsi;
- Təsdiqlənmiş namizədlərə iş təkliflərinin təqdim olunması;
- Namizəd haqqında zəruri məlumatların və sənədlərin toplanması;
- Müsbət işəgötürən reputasiyası yaratmaq məqsədilə daxili və xarici kommunikasiyalara nəzarət edilməsi;
- İşə qəbul olan namizədlərin hesabatlarının hazırlanması;
- Gələcək vakansiyalar üçün potensial namizədlər haqqında məlumat bazasının yaradılması və saxlanması.
Tələblər:
- İşə qəbul üzrə 3 il iş təcrübəsi;
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Operativ qərar vermə və analtik düşüncə;
- Komanda daxilində işləmək və komanda fəaliyyətini koordinasiya etmək bacarığı;
- Mükəmməl ünsiyyət və təqdimat bacarığı;
- ATS (Applicant tracking system) təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili və İngilis dili mükəmməl səviyyədə.
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi - cümə)
- iş vaxtı: 09:00 - 18:00
- iş yeri: Heydər Əliyev adına Hava Limanı