Agrarco
Satınalma üzrə kiçik mütəxəssis
Son tarix 27 avq 2023 - Müraciət et
Təsvir:
- Şirkət adından materialları/xidmətləri almaq, xərcləri optimallaşdırmaq, vaxt və keyfiyyət standartlarına nəzarət etmək;
- Şirkətin standart müqavilələrinə əsasən, müqavilələrin hazırlanmasında dəstək göstərmək, satınalma şərtləri və qaydaların müqavilədə öz əksini tapmasına nəzarət etmək;
- Gündəlik sifarişləri qəbul etmək və sifarişin sonrakı düzəlişlərini yerinə yetirmək;
- Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsi;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı; rus dili biliyi arzuolunandır.
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını istifadə bacarığı;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, detallara fikir vermə və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
Sosial imtiyazlar:
- Tibbi sığorta (özü və ailə üzvləri üçün)
- Korporativ nömrə və danışıq limiti