AFB Bank
Ödəniş kartları üzrə baş mütəxəssis
Son tarix 06 sen 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
- Sahə üzrə sertifikatların olması üstünlükdür;
- Beynəlxalq kart ödəniş sistemləri ilə iş təcrübəsi;
- Normativ sənədləri bilmək.
İŞİN TƏSVİRİ:
- Yeni layihələr üzrə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
- Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
- Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
- VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
- VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
- E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
- Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
- Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
- Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
- Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
- Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş
mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Hesabatlılıq üzrə aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 06 sen 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-
Ali təhsil (Maliyyə, mühasibatlıq və iqtisadiyyat üzrə);
-
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
-
Mərkəzi bankın normativlərinə uyğun biliklərin olması;
-
MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
-
SQL biliklərinin olması arzuolunandır;
-
Hesabatların hazırlanması üzrə biliklər.
İŞİN TƏSVİRİ:
- Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunmasını (toplanmasını), emalını, icmallaşdırılmasını və bu məlumatlar əsasında
- Bankın maliyyə təhlilinin aparılmasını təmin etmək;
- Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanmasını təmin etmək;
- Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılmasını və bu bazanın daima təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmək;
- Likvidlik və valyuta mövqeləri üzrə tələb olunan hesabatların hazırlanmasını təmin etmək;
- Bankdaxili hesabat formalarını, onların təqdimetmə müddətliliyini və vaxtını müəyyənləşdirmək;
- Mərkəzi Banka (Prudensial hesabat, Bank Statistikası, Tədiyyə balansı və s hesabatların hazırlanması üzrə biliklər) Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim
- olunan hesabatların hazırlanıb göndərilməsini təmin etmək;
- Ödənilmiş vergilər və Mühasibat uçotu şöbəsindən alınmış sənədlər əsasında vergi uçotuna uyğun hesabatlar hazırlanmasını təmin etmək;
- Ehtiyac yarandıqda bütün struktur bölmələrdən və filiallardan hesabatlarının təkmilləşdirilməsini tələb etmək, hesabatları vaxtında təqdim etməyən və yaxud yanlış təqdim edən bölmələrə qarşı müvafiq qaydada intizam tənbehlərinin tətbiq edilməsi üzrə müvafiq təkliflərlə çıxış etmək;
- Strukturun əsasnaməsinə uyğun olaraq ona həvalə olunmuş digər vəzifələri həyata keçirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hesabatlılıq üzrə aparıcı mütəxəssis/baş
mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Risklərin idarə edilməsi üzrə baş mütəxəssis
Son tarix 06 sen 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
- İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin,
- Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
- Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə baş
mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Kassir
Son tarix 06 sen 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , ingilis və rus dilini bilmək arzu olunandır;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- İntensiv rejimdə işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinazlarının qəbul edilməsini və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərə çek kitabçalarını vermək;
- Filialda nağd pul və digər qiymətlilərin gündəlik uçotunu və hesabatını aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək [email protected] elektron
ünvanına göndərməyini xahiş edirik.
Əməliyyatçı
Son tarix 06 sen 2024 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı ,ingilis dilini bilmək arzu olunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
- Müxtəlif xidmət sahələri (əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək və müvafiq əməliyyatları həyata keçirmək;
- Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
- Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi
edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.