“Expressbank” Bakı, Sumqayıt, Qaradağ, Xaçmaz, Qusar, Bərdə filialları üzrə pərakəndə bankçılıq üzrə universal bank işçisi axtarır.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dilini bilənlərə üstünlük verilir);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Bank və ya kredit təşkilatlarında istehlak kreditləri üzrə minimum 1 il iş təcrübəsi;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik, ünsiyyət qurma, analitik zəka və müştəri ilə işləmə qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- ARMB-nın bankdaxili prosedur və qaydalara əsasən fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Mövcud müştəri bazasına uyğun bank məhsullarının və xidmət satışını həyata keçirmək;
- Fəaliyyətinə uyğun bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətləri vermək;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
- İdarə etdiyi portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək;
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Biz sizə nələr təklif edirik:
- Tibbi sığorta;
- Bonus sisteminin mövcudluğu səbəbindən əmək haqqıdan əlavə gəlir imkanı;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində karyera inkişafı imkanı;
- Peşəkar korporativ mühitdə işləmə imkanı.
Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-lərini [email protected] mail ünvanına göndərə və ya 132 Məlumat Mərkəzinə zəng edə bilərlər.