Leads Group Supply
Baş Mühasib
Son tarix 16 may 2025 - [email protected]
İş barədə məlumat:
- Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunun qurulması;
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- 1C (8.3) mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrün bağlanılması;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsinə nəzarət etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
İş şəraiti:
- 5 günlük iş qrafiki
- Əmək haqqı: 2000-2500 AZN
- Karyera inkişafı imkanı
- İş yeri Yasamal rayon, İnşaatçılar pr 20 ünvanında yerləşir
Tələblər:
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- Yaş həddi; 25-35
- Müvafiq sahədə sertifikatları üstünlükdür.
- 1C-də işləmək bacarığı
- Office proqramlarını bilməli
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, rus dili arzuolunandır
- İşi planlamaq bacarığı
- Aktivlik və dəqiqlik
- Təşkilati, analitik bacarıqlar;
- Yaş həddi 22-35 yaş arası
Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Baş Mühasib" kimi qeyd edərək Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Tel: 012-510-11-83