ABB ASC
Satınalma müqavilələrin idarə edilməsi və sənədləşmə şöbəsinin mütəxəssisi
Son tarix 16 iyn 2024 - Müraciət et
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Protokollaşdırma və sənədləşdirmə ilə bağlı proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması istiqamətində işlərə dəstək göstərmək;
- Satınalma üzrə protokolları hazırlamaq;
- Bankın resurslarından düzgün istifadə etmək;
- Tender Komissiyasının iclaslarında müvafiq qərar əsasında katiblik funksiyasını həyata keçirmək, iclas protokollarını hazırlamaq;
- Satınalmalar Departamentinə aid sənəd və protkolların qeydiyyatının aparmaq və saxlanılmasını təmin etmək;
- Satınalmalar barədə elanları hazırlamaq və onları yerləşdirilməsi üçün Bankın müvafiq struktur bölməsinə təqdim etmək;
- Sənədləşmə ilə bağlı işlərdən irəli gələn hesabatları hazırlamaq;
- İştirak haqqı ilə bağlı və ondan irəli gələn prosesləri tənzimləmək;
- İlkin sənədləri yoxlamaq və çatışmayan sənədlərlə bağlı prosesləri tənzimləmək;
- Daxil olan qiymət təklifi zərflərini qeydiyyata almaq və açılış prosesini həyata keçirmək;
- Qalib bildirişləri və digər bildirişlərin rəsmi saytda əks olunması üçün Bankın müvafiq struktur bölməsinə müraciət etmək;
- Bank ilə podratçılar (malgöndərənlər) arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələri və razılaşmalar) üzrə proseslərin idarə edilməsi, müvafiq struktur bölmələrin müqavilə üzrə şərtlərə dair təkliflərinin və tələblərinin podratçılar ilə razılaşdırılaraq təmin edilməsi və bu proses çərçivəsində bankın maraqlarının qorunması;
- Bankın hüquq, texniki, maliyyə bölmələri ilə podratçılar arasında işin təşkili;
- Bankın ehtiyaclarını müəyyən etmək üçün müvafiq struktur bölmələrlə görüşlərin keçirilməsi;
- İmzalanmış müqavilələr üzrə monitorinqin aparılması;
- Bankdakı hüquq və vəzifələrin müvafiq struktur bölmələr, podratçılar və üçüncü şəxslər tərəfindən düzgün başa düşülməsi üçün mütəmadi görüşlərin, danışıqların aparılması;
- Hesab fakturaların vaxtında təqdim edilməsi və ödənilməsinə nəzarətin həyata keçirilməsi;
- Müqavilələrin (əlavələrin, razılaşmaların) tərtibatı və imzalanması prosesinin normativ sənədlərdə göstərilən qaydalarına riayət edilməsinə nəzarət;
- Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçıların (malgöndərənlərin) fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə etmək;
- Müqavilələrin reyestrinin monitorinqi, Bankın imzaladığı müqavilələrlə bağlı hesabatı hazırlamaq
- Müqavilələrin razılaşdırılması mərhələsində müqavilə layihəsinin razılaşdırılmış mətni ilə imzalanma mərhələsindəki mətninin eyniliyini yoxlamaq;
- Müqavilədə mövcud olan öhdəliklərin icrası və yarana biləcək risklər ilə bağlı ilə aidiyyati tərəfləri məlumatlandırmaq;
- İcra olunan müqavilələr ilə bağlı podratçıların (malgöndərənlərin) fəaliyyətinin dəyərləndirməsini həyata keçirtmək;
- Sifariş olunan mal, iş və xidmətlərin tədarükü ilə bağlı həmin mal, iş və xidmətləri sifariş edən Bankın aidiyyəti struktur bölməsindən məlumat almaq ;
- Tender və kotirovka təkliflərinin təhlilindən sonra sifariş olunan mal, iş və xidmətlərin satınalma şərtlərinin razılaşdırılması məqsədilə uyğun podratçı (malgöndərən) və sifarişçi struktur bölmənin iştirakı ilə keçiriləcək birgə görüşlərdə iştirak etmək;
- Satınalma proseduru çərçivəsində imzalanan müqavilələrdə, müfaviq struktarların və şirkətin öhdəlikləri icra etmədiyi hallar ilə bağlı tədbirlər görmək (bildirişlərin tərtib olunub göndərilməsi, məhkəmə ilə bağlı proses varsa Hüquq Departamentinə yönləndirmək).
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Səlis Azərbaycan, Rus və İngilis dili biliyinə;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
İnsan resurslarının idarə edilməsi departamentinə Biznes Tərəfdaş
Son tarix 16 iyn 2024 Müraciət et
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Struktur-bölmələrin təşkilati strukturunun dizaynı, ştat vahidlərinin, əməkdaş ehtiyaclarının planlaşdırılması və yeni namizədlərin seçim prosesində iştirak;
- Komandaya yeni qoşulmuş üzvlərin adaptasiya prosesinə dəstək;
- Struktur-bölmələrin əməkdaşlarının karyera inkişafı prosesinin (şaquli və üfüqi yerdəyişmə) təşkili;
- Kurasiyalar üzrə İRİD metriklərın təhlilinin aparılması və hesabatların rəhbərliyə təqdim edilməsi;
- Əməkdaşların fəaliyyətinin idarə edilməsi (qiymətləndirilməsi) prosesində iştirak;
- Struktur-bölmələr üçün illik təlim ehtiyaclarının müəyyənləşdirilməsi və icrasına dəstək;
- Maddi və qeyri-maddi motivasiya sistemlərinin formalaşdırılmasında iştirak və dəstək;
- Komanda ruhunun yüksəldilməsi və iş fəaliyyətində effektivliyin artırılmasının təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
- Minimum 3 il iş təcrübəsinə malik olan;
- Liderlik səriştələrinə malik olan;
- Yüksək səviyyədə Azərbaycan dili, həmçinin ingilis dili və rus dili bilikləri üstünlükdür;
- MS Office (Excel, PowerPoint) proqramları ilə yüksək səviyyədə işləmək qabiliyyətinə malik olan;
- Yüksək səviyyədə ünsiyyət qurmaq və empatiya bacarığına malik olan;
- Analitik qabiliyyətə malik olan;
- Yeni biliklərin əldə olunmasına və şəxsi inkişafa meyilli olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.