Baku Project Group
Layihənin baş mühəndisi
Son tarix 01 dek 2024 [email protected]
Tələblər:
- Ali təhsil (memarlıq ixtisası üzrə);
- Müvafiq sahə üzrə azı 7 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, BIM;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
- Kompüter bilikləri: AutoCAD, Revit, Photoshop;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Vəzifə öhdəlikləri:
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- Əraziyə və Sifarişçi tələblərinə uyğun tikinti normaları nəzərə alınmaqla, fasad materialları, tikinti həcmləri göstərilməklə ilkin konsepsiya albomunu hazırlamaq,
- Konsepsiya əsasında planlar, fasad görünüşləri, kəsim və landşaft həlli ilə ilkin eskiz layihələri hazırlamaq,
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək,
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
- Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək,
- Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
- Əmək haqqı 3000 Azn
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Ünvan: A.Cəlilov küçəsi 20.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini portfolio ilə (mütləq tələbdir) birlikdə mövzu yerinə “LBM” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Konstruktor
Son tarix 01 dek 2024 - [email protected]
Tələblər:
- Uyğun sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
- Layihələrin təqvim üzrə planlaması
- Kompüter bilikləri: AutoCAD, Lira, Tekla Structure;
- Məsuliyyətli, dəqiq və işin vaxtında, keyfiyyətli təhvil verilməsi
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- İnşaat konstruksiyalarının hesabatlarının aparılması (metal, dəmir- beton konstruksiyalar),
- Bina və qurğuların statik və dinamik yüklərə görə hesablamalarının aparılması
- Metal konstruksiya , demir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi və konstruktiv cizgilərin hazırlanması
- Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması
- Əmək haqqı: 4000 Azn
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Ünvan: A.Cəlilov küçəsi 20.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq e-mail ünvanına göndərməsi xahiş olunur.