Azərbaycan Dəmir Yolları
Texniki dəstək üzrə mütəxəssis
Son tarix 26 apr 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Kompüterlər, printerlər və digər avadanlıqların (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılmasını, sazlanmasını və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
- Gündəlik yaranan nasazalıqları aradan qaldırmaq, kompüterlərin formatı, təmiri və proqramların yazılmasını həyata keçirmək;
- Office proqramları ilə bağlı əməkdaşlara texniki dəstək göstərmək;
- Standart və qeyri-standart proqramları yazmaq, baş verən problemləri araşdırıb həll etmək;
- Şirkətə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək;
- Texniki avadanlıqların və proqram təminatlarının quraşdırılması, konfiqurasiyası, diaqnostikası və sazlanmasını təmin etmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Drayverlərin quraşdırılmasını və logların yoxlanılmasını bilməli;
- Ümumi komputer, İP şəbəkə, server əməliyyat sistemləri, şəbəkə avadanlıqlarla işləmə bacarığına və elektron sistemlər üzrə biliklərə sahib olmalı.
Müraciət etmə qaydaları:
Göstərilən tələblərə cavab verən namizədlər 25.04.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.