FED.az xəbər verir ki, "AccessBank" Prudensial Hesabatlar üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "AVROMAK" işçi axtarır - VAKANSİYA
İşin xülasəsi:
Prudensial Hesabatlar üzrə Mütəxəssis Hesabat Menecerinə hesabat verir və bütün tənzimləmə tələblərinə, Şirkət siyasətinə və prosedurlarına uyğun olaraq müxtəlif maliyyə tənzimləmə hesabatlarının vaxtında və düzgün hazırlanması və verilməsi üçün cavabdehdir.
Əsas vəzifələr
• Tənzimləmə hesabatlarının hazırlanması – Bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfinnən müəyyən edilmiş, daxili siyasət və prosedurlarına uyğun müxtəlif maliyyə tənzimlənmə hesabatlarının düzgün və vaxtında hazırlanmasını və verilməsini təmin etmək;
• Hesabat prosesinin dəqiqliyini, tamlığını və vaxtında hazırlanmasını təmin etmək üçün proseslərin optimallaşdırılması və inkişafı üçün tövsiyyələr etmək;
• Yeni və dəyişilmiş tənzimləmə hesabat tələblərinin araşdırılmasında və həyata keçirilməsində, habelə yeni məhsullar / əməliyyatlar üçün tənzimləmə tələblərinin qiymətləndirilməsində iştirak etmək;
• Hesabat və məlumat ehtiyaclarını bildirmək;
• Tənzimləmə hesabatlarının avtomatlaşdırılması layihəsində iştirak;
Biliklər
• Bank sektoru və bank tənzimləmə hesabat qaydaları haqqında ətraflı anlayışa malik olması;
• Güclü analitik bacarıqları;
• Komanda şəraitində səmərəli işləmə bacarığı.
• Əla ünsiyyət bacarıqları (istər yazılı, istərsə şifahi).
• Microsoft məhsullar bilikləri - Word, Excel və PowerPoint yüksək dərəcədə tələb olunur.
• Mühasibat və hesabat funksiyaları sahəsində minimum 3 il iş təcrübəsi daxil olmaqla minimum 5 il iş təcrübəsi.
• Mühasibat və hesabatlıq üzrə təhsil dərəcəsinin və sertifikatlırının olması üstünlük veriləcək.
Təcrübəsi uyğun olan namizədlərdən CV-lərini [email protected] elektron poçtuna göndərməsi xahiş olunur. Email-ın subject hissəsində müraciət etdiyiniz vəzifə adını (Prudensial Hesabatlar üzrə Mütəxəssis) qeyd etməyiniz xahiş olunur, əks halda CV-nizə baxılmayacaqdır.