FED.az xəbər verir ki, "AVROMAK" MMC “Mühasib” vakansiyası elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
İşçiyə qoyulan tələblər:
• Cinsi: Kişi/ Qadın
• İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, Logo mühasibatlıq proqramı. BTP, EFP, 1C proqramları ilə işləmə bacarığı. Online prosedurları həyata keçirmə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – yaxşı, Rus dili - yaxşı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
• İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
• Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
• DSMF, Dövlət Statistika Komitəsi ilə bağlı hesabatların göndərilməsi.
• Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması,ƏDV bəyannaməsinin göndərilməsi ;
• İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək
• Xəstəlik pulu, hamiləliyə görə ödənişlər, uşaq pulu və s. ödənişlərin aparılması üçün DSMF yə lazımi sənədlərin və hesabatların hazırlanıb, saytdan "onlayn" göndərilməsi;
• Baş mühasibin və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtləri:
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 800-1000 AZN
• İcbari sığorta
• İş vaxtı: 9.00 – 17.00 (bazar ertəsi – şənbə)
• İstirahət günləri: bazar, bayram günləri
• Koorporativ nömrə
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını-Mühasib qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.