2023-cü ildə Bakı Beynəlxalq Hava limanından daşınan sərnişinlərin sayı rekord vurub.
FED.az xəbər verir ki, son dövrlər aparılan islahatlar, o cümlədən tətbiq edilən innovasiyalar və marşrut şəbəkəsinin genişləndirilməsi nəticəsində Bakı Hava limanından sərnişin sayı rekord həddə çatıb.
Hava limanından FED.az-a verilən məlumata görə, 30 dekabr 2023-cü il tarixinə olan məlumata əsasən, aeroport tərəfindən xidmət göstərilən sərnişinlərin sayı rekord həddə çataraq 5,7 milyon nəfərdən çox olub.