Azərbaycan Milli Depozit Mərkəzi (MDM) ilə Pakistanın Mərkəzi Depozitar Şirkəti – Central Depository Company of Pakistan Limited (CDCPL) arasında 15 iyul 2026-cı il tarixində Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandumun məqsədi mərkəzi depozitar fəaliyyəti və kapital bazarları sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bilik, təcrübə və qabaqcıl təcrübələrin paylaşılmasıdır.
Sənəd çərçivəsində xidmətlər, korporativ idarəetmə, risklər, investor xidmətləri, biznes əməliyyat modelləri, texnoloji həllər, eləcə də depozitarların funksiyaları və daxili iş təcrübələri üzrə məlumat mübadiləsi nəzərdə tutulur.















