Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı il üzrə haqsız rəqabət hərəkətləri ilə bağlı “Bolluq LTD” MMC barəsində araşdırma aparır.
Dövlət Agentliyi bu il “Bazarstore”u iki dəfə cərimələyib – Məhsulu qiymətindən baha satırmış
FED.az xəbər verir ki, bu barədə agentliyin açıqladığı məlumatda bildirilir. Araşdırma şirkətin beynəlxalq əmtəə nişanından qanunsuz istifadə etməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə həyata keçirilir.
Bildirilib ki, araşdırma Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 22.1.3-cü maddəsinin tələblərinin pozulması əlamətləri əsasında aparılır.
Hazırda araşdırma davam edir.
“Bolluq LTD” MMC Azərbaycanın iri qida istehsalı və distribütor şirkətlərindən biridir. Şirkət 1993-cü ildə topdansatış fəaliyyəti ilə başlayıb, sonradan peçenye, vafli, şokolad və digər qənnadı məmulatlarının istehsalı ilə məşğul olan istehsalçıya çevrilib. Hazırda məhsullarını ölkə daxilində geniş satış şəbəkəsi vasitəsilə təqdim edir, həmçinin ixrac da həyata keçirir.
“Otlomi” Rusiyanın qənnadı məmulatları istehsalçısı “AKKOND” şirkətinə məxsus beynəlxalq əmtəə nişanıdır. Bu brend əsasən şokolad və pralin tipli konfetlərin satışı üçün istifadə olunur və müxtəlif ölkələrdə, o cümlədən beynəlxalq qeydiyyat sistemi vasitəsilə qorunur. (Banker)















