Son sutkada kriptovalyuta bazarında “Bitcoin”dən başqa digər əsas aktivlərdə artım müşahidə olunub.
FED.az xəbər verir ki, bazar kapitallaşması 2,22 trilyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 0,08% azdır. CoinMarketCap 20 indeksi isə 0,02% artaraq 132,5 bəndə yüksəlib.
Ən böyük kriptovalyuta olan Bitcoin 24 saatda 0,28% ucuzlaşaraq 64 559,66 ABŞ dollarına enib. Ethereum isə 2,22% bahalaşaraq 1 916,95 ABŞ dollarına yüksəlib. BNB 0,08% artaraq 580,91 ABŞ dolları olub.
Qızıl əsaslı rəqəmsal aktivlərdən Tether Gold (XAUt) 0,05% artaraq 4 029,32 ABŞ dollarına, PAX Gold (PAXG) isə 0,06% bahalaşaraq 4 027,63 ABŞ dollarına çatıb.
Digər əsas kriptovalyutalardan Monero 0,04%, Zcash isə 1,96% bahalaşıb. Bitcoin Cash isə 5,67% ucuzlaşıb.
Bazar iştirakçılarının əhvalını göstərən Fear & Greed Index 35 bənd səviyyəsində qalıb ki, bu da investorların ehtiyatlı mövqeyini qoruduğunu göstərir.
Analitiklər bildirirlər ki, bazarda ciddi dəyişiklik olmamasının əsas səbəbi investorların ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilər və yeni iqtisadi göstəricilər açıqlanmadan əvvəl böyük həcmli alış-satışlardan çəkinməsidir. Bu səbəbdən kriptovalyutaların əksəriyyətində qiymətlər kiçik dəyişikliklərlə məhdud qalıb.















