AFB Bank
İctimaiyyətlə əlaqələr üzrə Baş mütəxəssis
Son tarix 15 avq 2026 - [email protected]
İş şəraiti
- Marketinq departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil (Jurnalistika, Filologiya, İctimaiyyətlə əlaqələr, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
- PR, korporativ kommunikasiya, media əlaqələri və ya oxşar sahədə minimum 3-5 il təcrübə;
- Azərbaycan dilini qrammatika və üslub qaydalarını mükkəməl bilmək, ingilis və rus dililərini bilmək üstünlükdür;
- Güclü kopiraytinq bacarıqları və müxtəlif formatlarda peşəkar mətn hazırlamaq təcrübəsi;
- Press-relizlərin, müsahibələrin, analitik məqalələrin və korporativ məzmunların hazırlanması üzrə təcrübə;
- Liderlik kommunikasiyası (Lidership communication) və rəhbər şəxslərin reputasiya idarəçiliyi sahəsində təcrübə;
- Media bazarı, xəbər gündəmi və kommunikasiya tredləri barədə dərin biliklər;
- KİV nümayəndələri ilə geniş peşəkar əlaqələr şəbəkəsinin olması üstünlükdür;
- Korporativ tədbirlərin, forumların, sərgilərin və ictimai layihələrin təşkili üzrə təcrübə;
- Strateji düşünmə, yaradıcı yanaşma və yüksək təqdimat bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskalrlıq və nəticəyönümlülük;
- Yüksək kommunikasiya və təqdimat bacarıqları;
- Kreativ düşüncə və innovativ yanaşma;
- Analitik təfəkkür və operativ qərarvermə qabiliyyəti;
- Komandada və müstəqil işləmək bacarığı;
- Vaxtın effektiv idarə olunması və çoxşaxəli layihələrin paralel idarə edilməsi bacarığı.
İşin təsviri:
- Bankın ictimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Bankın və rəhbər heyətin media və ictimai nüfuzunun gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
- Press-relizlər, müsahibələr, məqalələr, çıxış mətnləri, korporativ bəyanatlar və digər kommunikasiya materiallarını hazırlamaq;
- Bankın rəhbərliyi üçün sosial media patformalarında paylaşılacaq peşəkar məzmunların hazırlanmasını təmin etmək;
- Rəhbər şəxslərin şəxsi brendinin formalaşdırılması və bazarda tanınmasının artırılması istiqamətində fəaliyyət planları hazırlamaq və icra etmək;
- Media nümayəndələri ilə effektiv əməkdaşlıq qurmaq, mövcud əlaqələri inkişaf etdirmək və yeni əlaqələr yaratmaq;
- KİV nümayəndələri ilə görüşlər, media tədbirləri və mətbuat konfranslarının təşkili və koordinasiyasını həyata keçirmək;
- Korporativ sosial məsuliyyət (CSR) layihələrinin planlaşdırılması, idarə olunması və kommunikasiya dəstəyinin təmin edilməsi;
- Bankın iştirak etdiyi formlar, sərgilər, konfranslar və digər tədbirlərin kommunikasiya hissəsini koordinasiya etmək;
- Korporativ kommunikasiya layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Bankın kommunikasiya fəaliyyətinin effektivliyini izləmək və müvafiq hesabatlar hazırlamaq;
- Agentliklər, tərafdaş qurumlar və digər maraqlı təfərlərlə işin koordinasiyasını həyata keçirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.
















