2026-cı ildə Azərbaycana gələn turistlərin sayında kəskin azalma baş verib.
Azərbaycanda otellərin sayı artıb - YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, rəsmi məlumatlara görə ölkəyə bu il gələn turistlərin sayında 11% azalma var. Amma Bakı otellərində turistlərin azalması daha böyük rəqəmlərlə ölçülür.
Bu barədə «SKAL İnternational Azərbaycan» təşkilatının rəhbəri Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, hazırda ilkin məlumatlara əsasən Bakıdakı otellərdə turistlərin sayı 30%-dən çox azalıb.
«Turistlərlə doluluğun azalması bütün otellərin, xüsusilə də icarədə olan otellərin fəaliyyətinə ciddi təsir edir»- deyə C.Aşurov bildirib.
Onun sözlərinə görə, örkə otelləri və sektor nümayəndələri bu məsələni Dövlət Turizm Agentliyi, digər dövlət qurumları və sektorla əlaqədar qurumlarla müzakirə etməkdədirlər.















