Azərbğaycanın aparıcı banklarından olan «Yelo Bank» 2026-cı ilin ilk yarım ilinin nəticələrini açıqlayıb.
Yelo Bank ili 100 milyon manatdan çox - FAİZ GƏLİRİ İLƏ YARILADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ilk yarım ildə bankın gəlirləri kəskin artıb, kredit portfeli böyüyüb, eyni zamanda «Yelo Bank» iri məbləğdə mənfəətə nail olub.
Beləliklə…
2026-cı ilin ilk yarısında «Yelo Bank»ın gəlirləri kəskin artıb – bankın faiz və qeyri faiz gəlirlərinin həcmi 106 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14 milyon manat və ya 16% artıqdır.
Beləliklə, 2026-cı ilin ilk 6 ayında «Yelo Bank»ın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 18 milyon manat və ya 21% artaraq 102 milyon manata çatıb.
Faiz gəlilərinin əsas hissəsini – 94 milyon manat – kredit portfelinin faiz gəlirləri təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 15 milyon manat və ya 19% artıqdır.
Bundan başqa, ilk yarım ildə «Yelo Bank» başqa maliyyə qurumlarına verdiyi kreditlərdən təqribən 900 min manat (2 dəfə artım), başqa banklarda yerləşdirdiyi depozitlərdən 5,2 milyon manat (30% artım), qiymətli kağızlardan isə 655 min manat (5 dəfə artım) gəlir əldə edib.
İlk yarım ildə bankın faiz xərcləri də 40%-ə yaxın artaraq 29 milyon manatdan 41 milyon manata yüksəlib. Artımın səbəbi depozitlər üzrə ödənişlərin kəskin şəkildə yüksəlməsidir – belə ki, ilk 6 ayda «Yelo Bank»da əmanrəti olanlara 28 milyon manat faiz ödənişi edilib. Ötən il bu məbləğ 26 milyon manat idi.
Nəticədə yarım ildə bankın xalis faiz gəliri 58,2 milyon manat olub, bu ötənildən 5 milyon manat artıqdır.
Qeyri famiz gəlirləri isə hesabat dövründə 5,1 milyon manat olub, əvvəki illə msüqavisədə 3 milyon manatlıq azalma əsasən valyuta əməliyyatlarının hesabına baş verib.
2025-ci ilin ilk 6 ayında «Yelo Bank» valyuta əməliyyatlarından 5,3 milyon manat əldə etdiyi halda, bu il həmin göstərici sıfıra enib.
Əvəzində bank bu döurdə 4,8 milyon manat komissiya gəliri əldə edib.
Hesabat dövründə «Yelo Bank»ın qeyri-faiz xərcləri 2 milyon manat artaraq 41,8 milyon manatdan 43,8 milyon manata yüksəlib.
Artımın 1 milyon manatı əmək haqqı xərcərinin payına düşür – 22 milyon manatdan 23 milyon manata yüksəlib. İnzibati xərclər isə 15% və ya 600 min manat artaraq 4,6 milyon manata yüksəlib.
Nəticədə bank ilk yarım ili 19,5 milyon manrat əməliyyat mənfəəti ilə tamamlayıb – bu təqribən ötənilki həddədir. Başqa sözlə, «Yelo Bank»ın bütün əməliyyatları özünü tamamilə maliyyələşdirib, üstəlik xalis mənfəət imkanı da saxlayıb.
Bununla yanaşı, bank ilk yarım ilin nəticələri üzrə məcburi ehtiyatlara 3,7 milyon manat ayırmalı olub. Xatırladaq ki, ötən il əks proses baş vermiş və məcburi ehtiyatlardan 2,9 milyon manat geri çəkilib mənfəətə əlavə edilmişdi.
3,2 milyon manat mənfəət vergisi ödənişindən sonra isə «Yelo Bank» bu ilin ilk yarısını 12 milyon 603 min maat xalis mənfəətlə tamamlayıb.
2-ci rübün sonuna «Yelo Bank»ın aktivlərinin dəyəri ilin əvvəli ilə müqayisədə 40 milyon manat azalaraq 1 milyard 475 milyon manat olub. Bu dövrdə bankın nağd vəsaitləri 164 milyon manatdan 280 milyona, kredit portfeli isə 1 milyard 89 milyon manatdan 1 milyard 215 milyon manata yüksəlib.
Aktivlər maddəsində kəskin azalma «Yelo Bank»ın başhqa banklardakı depozitlərində baş verəb, bank başqa banklardakı 175 milyon manatın 170 milyon manatını geri çəkib.
İlk yarım ilin sonuna bankın öhdəlikləri 1 milyard 285 milyon manat, depozit portfeli 1 milyard 039 milyon manat olub. Hazırda bankda fiziki şəxslərin 900 milyon manat, hüquqi şəxslərin isə 140 milyon manat depoziti var.
«Yelo Bank»ın Mərkəzi Bank qarşısındakı öhdəliyi isə 145m milyon manata çatır.
Bank belə mürəkkəbö iqtisadi şəraitdə kapitalın artırmağı da unutmayıb, ilin əvvəlindən bəri «Yelo Bank»ın kapitalı 13 milyon manat artaraq ilk yarım ilin sonuna 189 milyon manata yüksəlib.
Qeyd edək ki, bank sektorunun ən fəal nümayəndələrindən olan və bütün sektorlarda aktivliyin qoruyan «Yelo Bank»ın 2-ci rüb üzrə maliyyə göstəriciləri - regiondakı vəziyyəti nəzərə almaqla - xüsusi maraqla gözlənilirdi. Rəqəmlər göstərir ki, bank bu dövrdə nəinki əsas göstəricilərini qoryub saxlamağa nail olub, hətta gəlirlərini və kredit portfelini, eləcə də əməliyyat mənfəətinin səviyysini qoruyub saxlamağa nail olub.







![«Yelo Bank»ın gəlirləri kəskin artdı, kredit portfeli böyüdü - [red]12 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/3435188.jpg)
![«Yelo Bank»ın gəlirləri kəskin artdı, kredit portfeli böyüdü - [red]12 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/3661275.png)
![«Yelo Bank»ın gəlirləri kəskin artdı, kredit portfeli böyüdü - [red]12 MİLYON MƏNFƏƏT AÇIQLADI – HESABAT[/red] | FED.az](upload/news/small/2272904.png)










