Dövlət qurumu işçilər axtarır - MAAŞ 650-1350- 2500 MANAT - VAKANSİYALAR
"Azəristiliktəchizat" ASC işçi axtarır - MAAŞ 700-1100 MANAT - VAKANSİYA
"TuranBank" ASC işçilər axtarır - VAKANSİYALAR
"Div Academy" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Music Gallery" ASC işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Millikart LLC" işçi axtarır - MAAŞ 500 MANAT - VAKANSİYA
"Embawood" işçi axtarır - MAAŞ 1000-1500 MANAT - VAKANSİYA
"Yapi Kredi Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
"Unitrade Group MMC" işçilər axtarır - MAAŞ 545-600-950-1500 MANAT - VAKANSİYALAR
"Can-Pa" işçi axtarır - MAAŞ 1000-1700 MANAT - VAKANSİYA
Dövlət qurumu
Şöbə müdiri-baş mühasib
Son tarix 23 iyl 2023 - [email protected]
Namizəd üçün tələblər:
- Təhsil: Ali təhsil (mühasibatlıq sahəsi üzrə), Peşəkar Mühasib Sertifikatı mütləqdir.
- İş təcrübəsi: Minimum 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan - əla (səlis), İngilis dili – yaxşı, Rus dili– arzuolunandır.
- Kompüter bilikləri: Microsoft Office, Excel üzrə biliklər (Excel bilikləri yaxşı səviyyədə), Outlook, 1C, BTP.
- Digər: İxtisas üzrə yüksək biliyə malik olan və mütəmadi inkişaf etmək və öyrənmək istəyən
Əlavə:
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Mənfəət və zərər hesabatının tərtib edilməsi;
- Balans hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
- Balans maddəsi üzrə digər maddələrin ilkin sənədlərlə yoxlanılması;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Debitorlar üzrə qalıqların yoxlanılması;
- Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi;
- Proqnoz balansının hazırlanması;
- Kassa kitabına, bank əməliyyatlarına və qaimə-fakturalara nəzarət edilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatının tərtib edilməsi.
- Vəzifə üzrə səriştələr: İş məhsuldarlığı, təhlil bacarıqları, məsuliyyətlilik, təşəbbüskarlıq, keyfiyyətlilik, effektivlik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik, nəticəyönümlülük.
İş yeri haqqında:
- İş saatı: 5 günlük iş qrafiki (09:00 – 18:00)
- Nəqliyyat: Şirkət tərəfindən servis təşkili (yaxınlıqda yerləşən metro stansiyadan)
- İşə qəbul, əmək müqaviləsinə xitam verilməsi, davamiyyət, məzuniyyət, ezamiyyət və digər əməliyyatlar qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir
- Əmək haqqı: 1 350 AZN (gross) əlavə olaraq bonus imkanları mövcuddur
Uyğun namizədlərdən mövzu yerində “Şöbə müdiri-baş mühasib” adını qeyd etməklə e-mail ünvanına CV-ni göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Maliyyə şöbəsinə iqtisadçı
Son tarix 23 iyl 2023 [email protected]
Namizəd üçün tələblər:
- Təhsil: Ali (iqtisadiyyat sahəsi)
- İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan - əla (səlis), Rus və ingilis dilləri - arzuolunandır
- Kompüter bilikləri: Microsoft Office, Excel üzrə biliklər (Excel bilikləri yaxşı səviyyədə), Outlook, 1C
- Digər: İxtisas üzrə yüksək biliyə malik olan və mütəmadi inkişaf etmək və öyrənmək istəyən
Əlavə:
- Gündəlik olaraq Elektron Vergi Portalında daxil olan elektron qaimə-fakturaların əks etdirilməsi;
- Müvafiq elektron qaimə-fakturaların hazırlanması;
- İlkin sənədlər əsasında ödəniş tapşırıqlarının hazırlanması;
- Hesablaşmaların təhlili, uzlaşmalar - inventarlaşdırılması üçün məlumatların verilməsi;
- Mədaxil və məxaric sənədlərinin hazırlanması;
- Fakturaların qeydiyyatı Üzləşmə aktlarının hazırlanması;
- Problemləri həll etmə bacarığı;
- Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi;
- Rəhbərliyin və şöbə müdiri-baş mühasibin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Vəzifə üzrə səriştələr: İş məhsuldarlığı, təhlil bacarıqları, məsuliyyətlilik, təşəbbüskarlıq, keyfiyyətlilik, effektivlik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik, nəticəyönümlülük.
İş yeri haqqında:
- İş saatı: 5 günlük iş qrafiki (09:00 – 18:00)
- Nəqliyyat: Şirkət tərəfindən servis təşkili (yaxınlıqda yerləşən metro stansiyadan)
- İşə qəbul, əmək müqaviləsinə xitam verilməsi, davamiyyət, məzuniyyət, ezamiyyət və digər əməliyyatlar qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir
Əmək haqqı: 650 AZN (gross) əlavə olaraq bonus imkanları mövcuddur
Uyğun namizədlərdən mövzu yerində “İqtisadçı” adını qeyd etməklə e-mail ünvanına CV-ni göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Beynəlxalq əlaqələr üzrə mütəxəssis köməkçisi
Son tarix 21 iyl 2023 [email protected]
Vəzifə və öhdəliklər:
- Beynəlxalq münasibətlər üzrə tədbirlərin və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili, tədbirə dəvət olunmaları üçün sənədləşmənin aparılması;
- Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi;
- Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;
- Azərbaycan və rus dillərində hesabatların hazırlanması;
- Rəhbərliyin verdiyi tapşırıqlarını vaxtında yerinə yetirmək
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil; (Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil)
- 24-32 yaş;
- Beynəlxalq münasibətlər sahəsi üzrə bilik;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2500 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Beynəlxalq əlaqələr üzrə mütəxəssis köməkçisi” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis köməkçisi
Son tarix 20 iyl 2023 [email protected]
Öhdəliklər:
- Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi;
- Beynəlxalq və yerli tədbirləri təşkil etmək;
- Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
- Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
- Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
- Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
- Mətbuatın gündəlik izlənilməsi;
- Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
- PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.
Tələblər:
- AR vətəndaşlığı;
- 24-32 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
- Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Kollektivdə çalışmaq qabiliyyəti.
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2500 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis köməkçisi” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.