Azersun Holding
SAP ABAP Developer
Son tarix 26 noy 2023 - Müraciət et
Qualifications:
- Collaborate with senior developer and functional team to collect requirements and design SAP ABAP solutions.
- Develop and maintain ABAP programs, reports, forms, and interfaces in accordance with business needs and standard methodologies.
- Perform unit testing and debugging of ABAP programs to ensure code quality and functionality.
- Assist in system improvements, upgrades, and support activities.
- Collaborate with multi-functional teams to identify and resolve technical issues.
- Stay updated with the latest SAP ABAP technologies to continuously improve development processes.
Responsibilities:
- Bachelor's degree or equivalent experience in Computer Science, Information Technology, or a related field.
- Solid grasp of SAP ABAP programming language and development tools.
- Familiarity with SAP modules such as FI/CO, SD, MM/PM.
- Experience with SAP ECC or S/4HANA systems is a plus.
- Good understanding of SAP development methodologies and interface design.
- Strong analytical and problem-solving skills.
- Good communication and collaboration abilities.
- Ability to work independently with minimal direction.
Work place: Baku
If you are a passionate and driven individual looking to kick-start your career as SAP Developer, we would love to hear from you. Join us and become part of an innovative company that values growth, collaboration, and personal development.
Interested candidates are requested to send their recently updated CV to hr.azersun.com, [email protected] with a subject " SAP ABAP Developer”
Mühasibatlıq üzrə Aparıcı auditor
Son tarix 26 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsilli olmalıdır (Mühasibat uçotu və audit, idarəetmə, maliyyə, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, beynəlxalq münasibətlər sahəsində)
- Mühasibat, maliyyə, insan resursları və ya audit sahəsində ən azı 4 il iş təcrübəsi olmalıdır;
- Sahənin fəaliyyətini tənzimləyən normativ akt, əmr, qərar və sərəncamları bilməlidir;
- Daxili əmək intizamı qaydalarını bilməlidir;
- Əmək qanunvericiliyinin əsaslarını bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
- İngilis dili biliyi üstünlükdür;
İş haqqında məlumat:
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlamaq. Həyata keçirilən qiymətləndirilmə sonuclarına əsasən səmərəliləşdirici təkliflər vermək;
- Qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə təşkilati prosedurları və siyasətləri təhlil etmək;
- Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək;
- Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək;
- Nəzarət sahəsindəki boşluqların, təkrar səylərin, normativ-hüquqi sənədlərin, idarəetmə siyasətlərinin tələblərinin pozulması, saxtakarlıq (dələduzluq) hallarının, nöqsan və çatışmazlıqların aşkar edilməsi məqsədi ilə məlumatlar toplamaq və təhlillər aparmaq;
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək;
- Holdinqin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək;
- Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək;
- Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək;
İş Qrafiki: Həftə içi 5 gün
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasibatlıq üzrə Aparıcı auditor” qeyd etməyiniz xahiş olunur.
Baş mühasib
Son tarix 26 noy 2023 Müraciət et
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Bank/sığorta sahədə ən azı 3 il iş təcrübəsi;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
İş haqqında məlumat:
- Xərclər smetasının hazırlanmasını təşkil etmək. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmalarını həyata keçirmək;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib etmək;
- Debitor və kreditorlarla bağlı üzləşmə aparmaq və üzləşmə aktı tərtib etmək;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
- Cəmiyyətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmləşdirmək;
- Sığorta fəaliyyəti haqqında AR Qanunda nəzərdə tutulan gəlir və xərclərin uçotunu muhasibatlıq uçotunda əks etdirmək;
- Dövlət və Maliyyə Bazarlarına Nəzarət orqanına hesabatları hazırlamaq və təqdim etmək;
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər və digər aktivlər üzrə əməliyyatları aparmaq (balansa daxil etmək və ya silmək, yenidən qiymətləndirmək, inventar nömrəsi vermək və s.) və bunlar üzrə amortizasiyaları hesablamaq;
- Səhmdarlar üçün tələb edilən hesabatları hazırlamaq və zamanında təqdim etmək;
- Ciddi hesabat blanklarının uçotuna nəzarət etmək;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürmək;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət etmək;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət etmək;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar aparmaq;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edilməsinə nəzarət etmək;
- Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.
Sistemlərin İnkişafı və İdarəedilməsi Şöbəsinin Müdiri
Son tarix 26 noy 2023 Müraciət et
Tələblər:
- Ali təhsil (Texniki sahə üzrə) olmalı;
- 5 il İT sahəsi üzrə iş stajı olmalı;
- İT infrastrukturun iş prinsiplərini bilməli;
- Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı;
- Replikasiya, Yedəkləmə, Disaster Recovery həlləri sahəsində bilik və təcrübə olması;
IT layihə və proyektlərdə fəal iştirakçı təcrübəsi olmalı; - Active Directory/Mail Exchange/DNS/DHCP və və sair Windows funksiyalarının idarəedilməsində ekspert bilik və bacarıqlar;
- IT layihə və proyektlərdə fəal iştirakçı təcrübəsi olmalı;
- Şəbəkə infrastrukturunun işləmə prinsipləri üzrə administrativ bilik və təcrübə olmalı;
İş haqqında məlumat:
- Şöbənin fəaliyyətinə rəhbərlik etmək, həmçinin onun planlamasını, təşkilini və nəzarətini aparır; inkişaf istiqamətlərini proqnozlaşdırmaq;
- Şöbənin illik büdcəsinin layihəsini hazırlanmasında, aidiyyatı struktur bölməsinə təqdim edilməsində iştirak etmək;
- İllik büdcə və digər hədəflərin icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək;
- Şöbənin əməkdaşlarının vəzifə təlimatlarını və onlara əlavə və dəyişiklikləri hazırlamaq, tanış olunması üçün struktur bölmə rəhbərinə təqdim etmək, işçilər arasında səlahiyyət bölgüsünü aparmaq;
- Şöbənin işçilərinin qanunvericiliklə və bankdaxili reqlamentlərlə tanış olmalarını və riayət etmələrini təmin etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar normativ sənədləri, reqlamentləri, habelə onlara əlavə və dəyişikliklər layihəsini hazırlamaq və təsdiq olunması üçün təqdim etmək;
- Sistemlərin və infrastukturun daim əlçatan olmasını və dayanıqlı olmasını təmin etmək;
- Sistemlərin işinə nəzarət etmək və mütəmadi texniki baxışı təmin etmək;
- Şöbə heyəti arasında iş bölgüsünü, təlimlərin təmini və işçilərə nəzarət etmək;
- Avadanlıq və proqram təminatların lisenziyalaşdırılması işini təşkil etmək;
- Kənar şirkətləri cəlb edərək infrastruktur avadanlığının təmirini və dəstəyini təşkil etmək;
- İnformasiya sistemləri avadanlıqlarının modernləşdirmə planı məqsədilə kompüter texnologiyalarda yeniləmələri təqib etmək;
- İnformasiya sistemi avadanlığından suistimalını gördükdə və görülmüş tədbir barəsində birbaşa rəhbərinə məlumat vermək və məxfiliyi təmin etmək.
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “IT şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.