Kontakt Home
Ödənişli reklamlar bölməsinin rəhbəri (Rəqəmsal Marketinq)
Son tarix 12 avq 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyaları üzrə bazar araşdırmasının və təhlilinin aparılması;
- Rəqəmsal marketinq kommunikasiyaları strategiyasının formalaşdırılması;
- Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və müxtəlif brend və məhsul kampaniyalarının həyata keçirilməsi,
- Bütün kampaniyaların brend mövqeyinə və təlimatlara uyğun olmasının təmin edilməsi;
- Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi, hesabatların hazırlanması və hərtərəfli analitik sistemlərdən istifadə edilməsi;
- Rəqəmsal Marketinq şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi;
- Kampaniyların təsdiq edilmiş büdcə daxilində olmasına nəzarət edilməsi;
- Yeni kommunikasiya kanallarının araşdırılması və inteqrasiyası;
- Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması;
- Marketinq istiqamətində aparılan işlər üzrə hesabatlıq və təqdimatın hazırlanması.
Tələblər:
- Ali təhsil (Marketinq sahəsi üzrə);
- Rəqəmsal marketinq sahəsində minimum 3-4 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində şifahi və yazılı ünsiyyət bacarıqları;
- Google Analytics, Google Ads, Tag Manager, Meta Ads, SEO alətləri, Semrush, Ahrefs, Yandex Metrica, Google Search Console və s. istifadə bacarıqları;
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və yenilikçi düşünmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Çağrı mərkəzi operatoru
Son tarix 12 avq 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: hər 3 gündən bir istirahət günü;
- İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.