Təhsil və elm

Universitetin yeni korpusu tikiləcək – SƏRƏNCAM

Universitetin yeni korpusu tikiləcək – SƏRƏNCAM | FED.az
18:52 1 Fev 2019

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında” sərəncam imzalayıb.
 
ELƏCƏ DƏ BAX: Dünyanın ən yaxşı 500 universiteti – “UNEC-100”
 
FED.az-ın məlumatına görə, sərəncama əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə göstərilmiş məbləğin 14 milyon 245 min manatı  Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın.
 
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 

Digər xəbərlər

Banner