“Biz məktəbli formasının rəngini, elementlərini müəyyən edirik, formasını tənzimləyirik. Əgər forma bahadırsa, bu, bazar münasibətləridir, istehlakçıların hüquqlarının müdafiəsi mövzusudur, elm və təhsil mövzusu deyil”.
Eləcə də bax: Məktəbli formalarının qiyməti açıqlandı - Bu tarixdən satışa çıxarılır
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, belə hallar varsa, yaxşı deyil. Nazir, həmçinin təsdiqlənmiş məktəbli formasında bəzi məktəb direktorlarının şalvarın üzərindən xətt çəkərək valideynlərə göndərməsi ilə bağlı yayılan məlumata da münasibət bildirib. O qeyd edib ki, belə konkret şikayətlər varsa, məktəbin nömrəsi, hansı direktor edibsə, bununla bağlı müraciət olunsun və araşdırılsın.