Prezident İlham Əliyev noyabrın 16-da “Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Yol təmiri üçün 1,5 milyon ayrıldı- SƏRƏNCAM
FED.az-ın məlumatına görə, sərəncama əsasən Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Məktəb tikintisinə 1 milyon ayrıldı – SƏRƏNCAM

18:55
16 Noy 2018