Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə biləcək.
FED.az-ın-un məlumatına görə, bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
ELƏCƏ DƏ BAX: Dövlət orta məktəblərində ödənişli təhsil olacaq - QAYDA
Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Universitet, Akademiya və institut orta ixtisas təhsil proqramlarını həyata keçirə biləcək. Digər tərəfdən, indiyə qədər Konservatoriya musiqi sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi olubsa, bundan sonra həm də subbakalavr mütəxəssislər hazırlayacaq. Beləliklə, ali təhsil müəssisəsi təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil, o cümlədən peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-portalını, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradacaq.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə ali təhsil müəssisəsinin orta ixtisas təhsili pilləsinə köçürülməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçiriləcək.
Ali məktəblərdə orta ixtisas təhsili – TƏŞKİL EDİLƏCƏK
01:14
13 Noy 2018