Bu ilin ilk 9 ayında Azərbaycana 66,2 milyon dollar (112,5 milyon manat) həcmində 132 min 870 ton gübrə idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gübrə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8,8 milyon dollar (15 milyon manat) və ya 15,3% çoxdur, miqdar ifadəsilə isə 745 ton, başqa sözlə 0,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 57,4 milyon dollar (97,6 milyon manat) dəyərində 132 min 65 ton gübrə idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi gübrələrin 1 kiloqramının orta idxal qiyməti 85 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 74 qəpik idi. Bu da illik müqayisə ilə 11 qəpik və ya 14,9% bahalaşma deməkdir.