Bu ilin ilk 9 ayında Azərbaycandan 131,9 milyon dollar (224,2 milyon manat) həcmində 426 min 933 ton azot gübrəsi (karbamid) ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 41,9 milyon dollar (71,2 milyon manat) və ya 46,6%, miqdar ifadəsilə isə 18 min 271 ton, başqa sözlə 4,5% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 89,9 milyon dollar (152,8 milyon manat) dəyərində 408 min 662 ton azot gübrəsi ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 52 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 37 qəpik idi. Bu da illik müqayisədə 15 qəpik və ya 40,5% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,71%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,98%-i azot gübrəsinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,45% olub.