Böyük mağaza şəbəkələrində istehlakçıların aldadılma halları davam edir.
Etiketdə bir, kassada başqa: “Viva Desserts” alıcılarını aldatdı
FED.az xəbər verir ki, “Bazarstore” MMC ilə bağlı qeydə alınan hüquq pozuntusu da məhz belə bir halın göstəricisidir.
18 fevral 2025-ci il tarixində Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı məlum olub ki, “Bazarstore” mağazasında qida məhsulu üzərində göstərilən qiymətdən daha baha qiymətə kassadan keçib. Bu isə istehlakçının hesabına az miqdarda aldadılması kimi dəyərləndirilib.
Şirkətin bu davranışı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə ziddir. Eyni zamanda, bu pozuntu İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə hüquqi məsuliyyət daşıyır. Həmin maddəyə əsasən, malın kassada göstərilən qiymətinin əvvəlcədən elan ediləndən fərqli olması halları istehlakçı hüququnun pozulması hesab edilir.