2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 47 milyon 458 min dollar dəyərində 7 min 739 ton meşə fındığı ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon 179 min dollar və ya 13%, miqdar ifadəsilə 3 min 341 ton və ya 30% artıb.
2023-cü ilin ilk 5 ayında isə Azərbaycandan 54 milyon 638 min dollar dəyərində 11 min 30 ton fındıq ixrac olunmuşdu.
1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin beş ayında 10,42 manata başa gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,04 manat (24%) çoxdur.
Ötən ilin eyni dövründə isə orta ixrac qiyməti 8,38 manata başa gəlib.