2025-ci ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 1 milyon 207 min ABŞ dolları dəyərində 3 441 ton qarabaşaq idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2024-cü il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 207,1 min dollar və ya 14,6% az, həcm baxımından isə 158 ton və ya 4,8% çoxdur.
2024-ci ilin yanvar-mart aylarında Rusiyadan 1 milyon 414 min dollar dəyərində 3 283 ton qarabaşaq idxal edilib.
Ümumilikdə isə 1 kq qarabaşağın orta idxal dəyəri 2025-cü ilin yanvar-mart aylarına görə 60 qəpik olub ki, bu da illik 14 qəpik (18,6%) ucuzlşama deməkdir.
2024-cü ilin yanvar-mart aylarında Rusiyadan idxal oluna qarabaşağın orta idxal qiyməti 73 qəpik olub.