2025-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 1 milyon 782 min dollar dəyərində 5 min 96 ton kartof ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 736 min dollar və ya 29,2%, miqdar ifadəsilə 1 720 ton, başqa sözlə 25,2% azalıb.
2024-cü il də isə Azərbaycandan 2 milyon 519 min dollar dəyərində 6 min 815 ton kartof ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 60 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 63 qəpik idi. Bu da illik müqayisə ilə 3 qəpik və ya 5,3% azalma deməkdir.
Bu il ümumi ixracın 0.02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,17%-i kartofun payına düşüb.