Bu ilin ilk 9 ayında Azərbaycana 346,5 milyon dollar (589 milyon manat) dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 47,4 milyon dollar (80,6 milyon manat) və ya 15,8% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 299,1 milyon dollar (508,5 milyon manat) dəyərində bu qəbildən olan məhsul idxal olunmuşdu.
Bu il 9 ayında ümumi idxalın 2,07%-i geyim əşyalarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,04% olub.













