Bu ilin ilk 9 ayında Azərbaycana 14,1 milyon dollar (24 milyon manat) həcmində 36 min 975 ton qarğıdalı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,6 milyon dollar (9,5 milyon manat) və ya 28,7%, miqdar ifadəsilə isə 26 min 971 ton, başqa sözlə 42,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 19,7 milyon dollar (33,5 milyon manat) dəyərində 63 min 946 ton qarğıdalı idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 65 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 52 qəpik idi. Bu da illik müqayisə ilə 13 qəpik və ya 25% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 0,08%-i qarğıdalının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,13% olub.













