Bu ilin ilk 11 ayında Azərbaycana 78,4 milyon dollar dəyərində 12,8 min ton çay idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10,7 milyon dollar və ya 15,8% artsa da, miqdar ifadəsilə 111 ton, başqa sözlə 0,9% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 67,7 milyon dollar dəyərində 12,9 min ton çay idxal edilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan çayın 1 kiloqramının orta idxal qiyməti 10,41 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 8,92 manat idi. Bu da illik müqayisədə 1,49 manat və ya 16,7% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi idxalın 0,37%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,36% olmuşdu.











