Gürcüstan şərabının əsas ixrac bazarı Rusiya olaraq qalır. 2023-cü ilin yanvar-avqust aylarında onun tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 24% artaraq rekord həddə - 112,1 milyon dollara çatıb.
Gürcüstan bu il Azərbaycana 100 ton şərab - İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə "RİA Novosti" Gürcüstan Statistika Xidmətinin məlumatlarının təhlilinə əsasən məlumat yayıb.
Gürcüstanın Rusiyaya ixracında ənənəvi olaraq şərab böyük paya malikdir, lakin bu il daha da artıb - keçən ilki 22,5%-dən 24,3%-ə qədər.
Polşa gürcü şərabını sevənlər arasında ikinci yerdədir. Üçüncü yerdə isə Ukraynadır.
Gürcüstandan şərab idxal edən ilk beşliyə Çin və Qazaxıstan da daxildir. (Marja)