2023-cü ilin yanvar-oktyabr aylarında diri çəkidə 485,4 min ton ət, 1 milyon 864,5 min ton süd, 1 milyard 832,5 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunmuşdur. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 10,5 faiz, barama istehsalı 4,6 faiz artmış, yun istehsalı isə 3,0 faiz azalmışdır.
Azərbaycan Rusiyaya yumurta - İXRAC EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,3 faiz, bitkiçilik məhsulları istehsalı 2,7 faiz artmışdır. (Marja)