2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 90 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 21 ədəd və ya 30,4% çoxdur.
2023-cü ilin yanvar-fevral aylarında 69 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilmişdi.
1 mart 2024-cü il tarixinə hazır məhsul ehtiyatı 206 ədəd olub ki, bu da illik müqayisədə 202 ədəd və ya 51,5 dəfə çoxdur.
1 mart 2023-cü il tarixinə hazır məhsul ehtiyatı 4 ədəd təşkil edib.