2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 115,7 min ton dizel yanacağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dizel yanacağı istehsalı 260,2 min ton və ya 14% artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 67,2 min ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 67,2 min ton təşkil edib ki, bu da illik müqayisədə 9 min ton və ya 15,5% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 58,2 min ton olub.