2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 545,9 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ağ neft istehsalı 32,6 min ton və ya 6,4% artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 513,3 min ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 34 min ton təşkil edib ki, bu da illik müqayisədə 7,5 min ton və ya 28,3% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 26,5 min ton olub.