Bu ilin dekabr ayında Azərbaycanda balıq və balıq məhsullarının qiymətində bahalaşma müşahidə olunur.
Eləcə də bax: Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün 5 faiz bahalaşıb - RƏSMİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, dekabrda balıq və balıq məhsullarının qiymət indeksi əvvəlki aya nisbətən 100.8% olub. Belə ki, aylıq müqayisədə balıq və balıq məhsullarının qiyməti 0.8% bahalaşıb.
Bundan başqa, cari ilin dekabr aynda ölkədə ət və ət məhsullarının qiymət indeksi əvvəlki aya nisbətən 99.9% təşkil edib ki, bu da 0.1% ucuzlaşma deməkdir.