2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 209,4 min ton avtomobil benzini istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 172,4 min ton və ya 16,6% artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 037 min ton təşkil edib.
2023-cü ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 48,7 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 8 min ton yaxud 40,7% çoxdur.
2022-ci ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 40,7 min ton olub