2023-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 60,7% artaraq 222,2 milyon avroya çatıb.
Texniki baxışla yanaşı sürücülərin utilizasiyaya görə ödəyəcəkləri - RÜSUMLARIN MƏBLƏĞİ
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatına istinadən xəbər verir.
Yanvar-oktyabr aylarında əsas ixracatçıların üçlüyünə Almaniya (108,1 milyon avro, artım 42,1%), Slovakiya (58,8 milyon avro, artım 2,1 dəfə) və İtaliya (22,2 milyon avro, artım 71%) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,6 dəfə artaraq 176 milyon avro təşkil edib. (İnterfaks-Azərbaycan)