Vəzifə: Qida mühəndisi-Texnoloq (Ulduz Şokolad Fabriki)
İş yeri: Azərbaycan, Bakı şəh., Nizami ray., Keşlə qəs., 2-ci Eninə 2, AZ1031
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 25-35 yaş
İşin Təsviri: İstehsal edilən məhsula müvafiq olaraq texnoloji proseslərə, parametrlərə və məhsulun tərkibinə nəzarətin həyata keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
- İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
- Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.
Tələblər:
- Kişi namizədlər arzuolunandır;
- Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: Növbəli iş qrafiki, 6 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Qida mühəndisi-Texnoloq” yazmaqla müraciət edilir.