İmdançılar həyəcanla dolu anlar yaşadıblar.
“Red Bull Skydive” komandasının üzvləri Marko Valtenşpil və Corc Letner Bakı televiziya qülləsindən paraşütlə atlayış ediblər.
Fed.az xəbər verir ki, Bakı sakinlərinə “Şəhər üzərində uçan skaydayverlər” kimi tanış olan həmin şəxslər paraşütlə atlayışı Milli Mətbuat Günü şərəfinə ediblər.
Bildirək ki, külək olmasına baxmayaraq, idmançılar atlayışı edib, həyəcanla dolu anlar yaşadaraq gözəl şəhər mənzərəsini göstəriblər.
Xatırladaq ki, Bakı televiziya qülləsi 1996-ci ildə inşa edilib və 310 metr hündürlüyündədir. Bu, Azərbaycan ərazisində və Qafqazın ən hündür dəmir-beton tikintisi sayılır.