2025-ci ilin ilk doqquz ayının yekunlarına əsasən, Azərbaycan Respublikasında qeydiyyata alınmış işsiz şəxslərin sayı rayonlar və şəhərlər üzrə açıqlanıb.
FED.az xəbər verir ki, yanvar-sentyabr ayları ərzində ölkə üzrə cəmi 216 min 377 nəfər işsiz şəxs qeydiyyata alınıb.
Renkinqə ən çox işsiz şəxs sayı ilə 36 min 341 nəfərlə Bakı şəhəri başçılıq edir.
İkinci yerdə 6 min 512 nəfərlə Ağdam rayonu qərarlaşıb.
Şəmkir rayonu 5 min 957 nəfərlə üçüncü, Bərdə rayonu isə 5 min 740 nəfərlə dördüncü olub.
Digər rayon və şəhərlər arasında Şəki rayonu (5 min 262 nəfər), Quba rayonu (5 min 230 nəfər), Sumqayıt şəhəri (5 min 209 nəfər), Lənkəran rayonu (5 min 124 nəfər), Abşeron rayonu (4 min 880 nəfər), Göyçay rayonu (4 min 870 nəfər), Zaqatala rayonu (4 min 707 nəfər), Xaçmaz rayonu (4 min 266 nəfər), Cəlilabad rayonu (3 min 783 nəfər), Tovuz rayonu (3 min 716 nəfər), Gədəbəy rayonu (3 min 492 nəfər), Yevlax rayonu (3 min 418 nəfər) və Şirvan şəhəri (3 min 394 nəfər) yer alıb.
Siyahının davamında Kəlbəcər rayonu (3 min 223 nəfər), Qəbələ rayonu (3 min 159 nəfər) və Kürdəmir rayonu (3 min 126 nəfər) qeydə alınıb.












