Bu ilin yanvar-mart aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 151,5 manat olub.
“Əməkhaqqı artımında bu nisbət nəzərə alınmalıdır”
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-mart ayları ilə müqayisədə 6,2% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 099,1 manat olmuşdu. Yəni son bir ayda orta əməkhaqqı 52,4 manat (4,8%) artıb.













