Sosial

ABŞ "Green Card" üçün müraciətləri yenidən qəbul edir

ABŞ "Green Card" üçün müraciətləri yenidən qəbul edir | FED.az
16:06 18 Okt 2017

ABŞ yenidən"Green Card”viza lotereyası üçün müraciətlərin qəbuluna başlayır.

"Amerikanın səsi”nin yazdığına görə, Diversity Visa Lottery 2019 –"Green Card" viza lotereyasının təşkilatçıları çərşənbə günü, oktyabrın 18-dənetibarən ərizələrin qəbuluna başlanılacağını bildiriblər.

"Texniki problemlər artıq aradan qaldırılıb, ərizə qəbulunun yeni tam dövrü 18 oktyabr 2017-ci il tarixində şərq standart vaxtı ilə saat 12:00-dan (Bakı vaxtı ilə 21:00) etibarən başlayacaq və cari ilin noyabrın 22-si şərq standart vaxtı ilə saat 12:00-a (Bakı vaxtı ilə 21:00) kimi davam edəcək”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranmışdı və verilmiş bütün ərizələr ləğv olunmuşdu.


Oxu.az©

Digər xəbərlər