Məlum olduğu kimi, “PAŞA Sığorta” şirkətinin müştərisi Atayev Eldar Abdulla oğlu tərəfindən "PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Fərid Məmmədova pretenziya və şikayət ünvanlanmışdı .
Məsələ ilə bağlı “PAŞA Sığorta” ASC FED.az saytının sorğusunu cavablandırıb. “PAŞA Sığorta” şirkətindən bildirilib ki, Atayev Eldar Abdulla oğluna aşağıda qeyd olunan sığorta şəhadətnamələri üzrə sığorta ödənişləri olunub:
PIC- 963437/19 saylı sığorta şəhadətnaməsi üzrə 150 AZN azadolma məbləği çıxılmaqla 14 850 AZN sığorta ödənişi;
I-PI- 0257/19 saylı sığorta şəhadətnaməsi üzrə əlavə 62 670 AZN sığorta ödənişi (daşınmaz əmlak üzrə);
I-PI- 0259/19 saylı sığorta şəhadətnaməsi üzrə 7 810 AZN sığorta ödənişi (daşınar əmlak);
Ümumilikdə daşınmaz əmlak üzrə 77 520 AZN, daşınar əmlak üzrə 7 810 AZN sığorta ödənişi həyata keçirilmişdir.
Zərər AKT-ları müştəri tərəfindən 18 dekabr 2019-cu il tarixində imza ilə təsdiqlənib və 27 dekabr 2019-cu il tarixində sığorta ödənişi həyata keçirilmişdir. Sənədlərdə də müştəri şəxsi imzası ilə zərər məbləğləri ilə tam razı olduğunu təsdiqləyib.
Qeyd edək ki, vətəndaş Atayev Eldar Abdulla oğlunun şikayətində bildirilir:
"Atayev Eldar Abdulla oğlunun sahibliyində olan Zaqatala rayonu, Çobankol kəndi ünvanında yerləşən fərdi yaşayış evinin tikililərinə 215.000 (iki yüz on beş min) manat, daşınar əşyalarına isə 28.870 (iyirmi səkkiz min səkkiz yüz yetmiş) manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir.
27.07.2019-cu il tarixində sözügedən fərdi yaşayış evində irimiqyaslı yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmişdir. Baş vermiş hadisə Fövqəladə Hallar Nazirliyi və “PAŞA Sığorta” ASC tərəfindən təsdiq edilmişdir.
Yanğin hadisəsi ilə bağlı təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.11.2019-cu il tarixli, 23810 saylı tikinti-texniki rəyinə əsasən Atayev Eldar Abdulla oğlunatikinti üzrə 130.516 (yüz otuz min beş yüz on altı) manat, daşınar əmlak üzrə 32.000 (otuz iki min) manat, ümumilikdə 162.516 (yüz altmış iki min beş yüz on altı) manat nəbləğində zərər dəymişdir".