SOCAR-ın əməkdaşına sığota ödənişin verilməsi təqdim olunan sənədlərdən və araşdımanın nəticəsindən asılı olacaq.
FED.az-ın “PAŞA Həyat”a ünvanladığı sorğunun cavabında bildirilir ki, SOCAR-ın əməkdaşı Əliyev Rasim İbrahim oğlunun ölüm hadisəsi ilə bağlı “PAŞA Həyat”a rəsmi müraciət olunmayıb. Qeyd olunub ki, ölən şəxslə bağlı şirkət tərəfindən sığorta ödənişinin verilməsi təqdim olunan sənədlərdən və müvafiq şöbə tərəfindən aparılacaq araşdırmanın nəticəsindən asılı olacaq.
Qeyd edək ki, SOCAR-ın bütün əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən edilib.
Xatırladaq ki, bu ilin noyabr ayının 4-də səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 26 saylı quyuda işləyən zaman dənizə düşüb.
Ölən neftçiyə sığorta ödənişinin verilməsi üçün araşdırma aparılacaq
15:41
8 Noy 2017