Azərbaycanın ən iri sığorta şirkətlərindən olan “AXA MBASK” sığorta bəzi mətbuat orqanlarında haqqında yayılan xəbərləri əsassız hesab edir.
FED.az xəbər verir ki, şirkət bununla bağlı açıqlama verib. Açıqlamanın mətnində qeyd olunub: “Bəzi saytlar “AXA MBASK`ın sədrinin işdən müvəqqəti uzaqlaşdırılması barədə yanlış xəbər yaymışdır. “AXA MBASK” şirkəti rəsmi olaraq bəyan edir ki, yayılan xəbərlər yanlış və əsassızdır”.
Qeyd edək ki, bəzi saytlar “AXAMBASK” sığorta şirkətinin sədrinin işdən uzaqlaşması ilə bağlı dəqiq olmayan məlumat yayımlayıb. Yaılan məlumatda guya şirkətlə bağlı Palata tərəfindən sanksiya tətbiq edilib. “Palata bununla bağlı noyabr ayının 28-də "AXA Mbask” şirkətinə məktub göndərib. Sanksiyaya səbəb isə sığorta şirkətinin avtomobillərin icbari sığortası üzrə nəzərdə tutulmuş komissiyadan artıq müştərilərə endirim verməsi ilə bağlı olub. Qanuna əsasən, avtomobillərin icbari sığortası üzrə müəyyən edilən komissiyanın həcmi 15% təşkil edir. Palata isə sığorta şirkətinin 30% civarında endirimlər tətbiq etdiyini aşkarlayıb”.
FED.az məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında müraciət edib. Palatadan bildirilib ki, bununla bağlı rəsmi açıqlama veriləcək.